Maskalılar qadın vəkilin evinə basqın etdi

14 Noyabr 2015 10:47 (UTC+04:00)

Məlumata görə, hadisə gecə saatlarında rayonun Arbatan kəndində baş verib. Kənd sakini, vəkil işləyən Sevda Sultanovanın evinə maskalı şəxslər girib. Ev sahiblərinin bundan xəbər tutduqlarını görən maskalılar evdə qonaq olan Lerik rayonunun Bürsülüm kənd sakini, 1993-cü il təvəllüdlü Rabil Ağadadaş oğlu Ağayevə baş və gicgah nahiyəsindən küt alətlə xəsarət yetirərək aradan çıxıblar. Yaralıya Salyan rayon Mərkəzi Xəstəxanasında yardım göstərildikdən sonra o, ambulator müalicəyə buraxılıb.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.

APA.az