Fransua Olland G-20-ə qatılmayacaq – Terrora görə

14 Noyabr 2015 11:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, prezident noyabrın 15-16-sında Antalya şəhərində keçiriləcək G-20 sammitinə qatılmayacaq.

Fransa hökuməti məsələ ilə bağlı açıqlama verərək, prezidentin törədilən hücumlarla bağlı nazirlər heyətinin yığıncağını keçirdiyi bildirilib.

Qeyd edək ki, dünən gecə saatlarında Parisdə 3 terror aktı törədilib. Törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

Sevinc Yasinqızı