Sürücülərin nəzərinə - Sabah vaxt bitir

14 Noyabr 2015 14:39 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, qadağalar bütün nəqliyyat vasitələrinə şamil olunur və buna məhəl qoymayan sürücülər 150 manat miqdarında cərimə olunacaqlar.

Qeyd edək ki, hər il mayın 1-dən noyabrın 15-dək sənaye üsulu ilə hazırlanan pərdə və jalüzlərin istifadəsinə icazə verilir.

2013-cü ilin aprel ayında vətəndaşların müraciətləri nəzərə alınaraq ölkə başçısının təşəbbüsü ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına dəyişiklik edilib.

Dəyişikliklərə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.