Vidadi Zeynalovun oğlu da işindən qovuldu

14 Noyabr 2015 15:36 (UTC+04:00)

AzNews.az xəzərnews.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini tutan Vidadi Zeynalovun oğlu Pərviz Zeynalov da işindən kənarlaşdırılıb.

Qeyd edək ki, Pərviz Zeynalov 2004-cü ilin oktyabr ayından 2005-ci ilin avqust ayınadək "Kapital Bank" ASC-nın (keçmiş BUS Bank) "Rabitə" filialında, 2008-ci ilin noyabr ayında Mərkəzi Bankda işləyib. 2014-cü il, yanvarın 24-dən Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri olub.

Xatırladaq ki, Vidadi Zeynalov 1995-1999-cu illər ərzində Bakı şəhər Maliyyə İdarəsinin rəsi vəzifəsində çalışıb. Lakin işdə yol verdiyi ciddi nöqsanlara görə Maliyyə Nazirliyinin Kollegiyasnın qərarı ilə işdən qovulub. Bir müddət sonra isə V.Zeynalov gözlənilmədən Azərbaycan Dövlət İqtisad Universitetində prorektor vəzifəsinə təyin olunub.

O zaman universitetə Əli Abbasov rəhbərlik edib və o, nazir postuna təyin olunandan sonra V.Zeynalovu nazirlikdə yüksək vəzifəyə təyin edib.