Dini cərayan təbliğatçıları məsuliyyətə cəlb olundu

14 Noyabr 2015 21:37 (UTC+04:00)

AzNews.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Əhməd Cavad küçəsi 47 saylı mənzildə dini ayinlərin yerinə yetirilməsi zamanı polis tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı 5 azyaşlı olmaqla 27 nəfər saxlanılıb. Onlar Kəpəz rayon Polis İdarəsinə gətirilib.

Hazırda bu şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 299.2 ci maddəsi ilə pratakol tərtib edilib. Həmin şəxslər sabah məhkəmə qarşısına çıxarılacaq.