Türkiyə hərbçiləri 4 İŞİD terrorçusunu məhv etdi
14 Noyabr 2015 23:31 (UTC+04:00)
AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, iki avtomobildə sərhəd boyu hərəkət edən terrorçular hərbçiləri atəşə tutub.
Türkiyə hərbçilərinin cavab atəşi ilə terrorçulardan 4-ü məhv edilib.
Qeyd edək ki, Suriya ordusu bu arada Hələb əyalətinin cənubunda yerləşən Əl İis yaşayış məntəqəsini terrorçulardan azad edib.