Fransanın baş nazirindən terrorla bağlı sərt - Bəyanat

15 Noyabr 2015 10:43 (UTC+04:00)

AzNews.az-ın Azərtac-a istinadən məlumatına görə, Baş nazir bu sözləri 10 dəqiqə ərzində ən azı 9 dəfə təkrar edib. M.Vals Parisdə baş verən və 129 günahsız insanın həyatına son qoyan terroru "müharibə" kimi qiymətləndirib. O, ölkəsinin terrorizmi tamamilə yer üzərindən silmək qətiyyətini qeyd edərək deyib: "Fransızlara demək istəyirəm ki, biz müharibə şəraitindəyik. Bəli, biz müharibə şəraitindəyik. Baş verənlər metodiki təşkil olunmuş müharibə aktıdır".

"Yanvarın 13-də mən artıq demişdim ki, biz müharibə şəraitindəyik. Biz həmişə qeyd etmişik ki, ölkəmiz riskdən uzaq deyil, Fransanı çox sərt silkələyən terror aktları ola bilər. İlin əvvəlindən Charlie hebdo və Hyper supermarketinə olan hücumlardan sonra 5 mütəşəkkil və planlı hücum cəhdinin qarşısı alınıb", - deyə M.Vals bildirib.

Baş nazir qeyd edib ki, respublika dəyərləri yaşadılmalı, radikal qüvvələr ölkədən çıxarılmalı, terror şəbəkəsinə qoşulan şəxslər Fransa vətəndaşlığından məhrum olunmalıdırlar.