Sevinc Babayevanın yerinə adam tapılmır – EKSKLÜZİV

29 Oktyabr 2012 08:45 (UTC+04:00)
Mirzə Ələkbər Sabir adına kitabxananın direktoru Sevinc Babayevanın kürsüsü hələ boşdur.

AzNews.az-a daxil olan məlumata görə S.Babayevanın yerinə namizədlərin sayı günbəgün artır. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən aldığımız məlumata görə, hazırda namizədlər arasında seçim aparılır. Yaxın günlərdə isə bu seçimə son qoyulacaq.

Qeyd edək ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Videodan görünür ki, S.Babayeva deputatla sabiq rektor arasında gedən "alver"də vasitəçilik edirmiş.

Bahar Rüstəmli
AzNews.az