İstanbulda da azərbaycanlıların təhqir olunmasına qarşı çıxdılar

15 Noyabr 2015 12:53 (UTC+04:00)

AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, İstanbul şəhərində İranın bu ölkədəki səfirliyi qarşısında baş tutan aksiyaya yüzlərlə şəxs qatılıb. Fəallar Azərbaycan və Türkiyə bayraqları ilə İrana qarşı şüarlar səsləndiriblər.

Oxşar aksiyalar, eyni zamanda, paytaxt Ankarada da baş tutub. Fəallar Azərbaycan və Türkiyə naminə şüarlar səsləndirib, birlik nümayiş etdiriblər.

Ötən həftə İranın "Kanal 2" (İRİB) telekanalında uşaqlar üçün göstərilən sənədli filmdə cənubi Azərbaycandan olan bir nəfərin dişlərini tualet fırçası ilə fırçaladığı və buna görə onun ağzından pis iy gəldiyi nümayiş olunub. İranın bu təhqiri səbr kasamızı daşıran sonunucu damcı olub. Cənubi Azərbaycanda 50 milyona yaxın türk yaşamaqdadır. Burada yaşayan soydaşlarımızı təzyiqlərə məruz qalırlar.

Verilişdə səsləndirilən bu fikirlər İranda yaşayan azərbaycanlıların etirazına səbəb olub və küçələrə axışıblar. Etiraz aksiyaları Güney Azərbaycanın Təbriz, Urmiyyə, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda "Azərbaycan var olsun, istəməyən kor olsun", "Haray, haray, mən Türkəm","Ölüm olsun rasizmə", kimi şüarlar altında keçirilib.