Ana 5 günlük uşağını küçəyə atdı - Bakıda dəhşət

15 Noyabr 2015 13:25 (UTC+04:00)

AzNews.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunda baş verib. Sulutəpə qəsəbəsində sakinlər R.Allahverdiyev küçəsindən bükülü vəziyyətdə olan atılmış 5-6 günlük oğlan uşağı tapıblar.

Yeni doğulan körpə 1 saylı Körpələr Evinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.