Terrorçulardan biri Fransa vətəndaşı imiş

15 Noyabr 2015 15:26 (UTC+04:00)

AzNews.az-ın Azərtac-a istinadən məlumatına görə, iki uşaq atası olan 29 yaşlı Omar Parisin Kurkuron (Esson) qəsəbəsində doğulub. Onun 2013-2014-cü illərin qışında Suriyada olduğu bildirilir.

Girovların götürüldüyü və 89 nəfərin öldürüldüyü Bataklan atışmasında iştirak edən Omar hüquq qaydalarını pozduğuna görə qanun keşikçiləri tərəfindən səkkiz dəfə saxlanılıb. Onun barəsində "S radikallaşma" dosyesi açılsa da, hər hansı terror qrupu ilə əlaqəli olmasına dair şübhələr təsdiqlənmədiyi üçün azadlığa buraxılıb.

Yaşadığı mənzildə aparılan axtarışlardan sonra terrorçunun atası və 34 yaşlı qardaşı da daxil olmaqla, ailə üzvlərindən 6-sı polis tərəfindən dindirilib və saxlanılıb.