Gəlin qaynanasını döyərək xəstəxanalıq etdi - Bakıda

15 Noyabr 2015 18:18 (UTC+04:00)

AzNews.az-ın milli.az-a istinadən məlumatına görə, hadisə Nəsimi rayonunda beş verib. 20 Yanvar küçəsində yaşayan, 1937-ci il təvəllüdlü Əzizə Məmmədova bildirib ki, yaşadıqları evdə gəlini, 1983-cü il təvəllüdlü Validə Məmmədova onu söyüşlərlə təhqir edib, yumruq və təpiklə döyüb.

Hadisə nəticəsində xəsarət alan qadın Travmatologiya Xəstəxanasına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Araşdırma aparılır.