İlham Əliyev Barak Obama ilə görüşdü - VİDEO

15 Noyabr 2015 19:24 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, "Böyük İyirmiliyə" (G20) daxil olan ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Kanada, Almaniya, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Argentina, Koreya Respublikası və digər ölkə rəhbərlərinin iştirak etdiyi sammitə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Sayca onuncu dəfə keçirilən bu Sammitdə Azərbaycan xüsusi dəvətli qonaq statusunda təmsil olunur.

Zirvə görüşünün iştirakçıları birgə foto çəkdiriblər. Bu mərasim öncəsi Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obama ilə görüşüb.