Türkiyə səfiri: “Bundan sonra da Azərbaycanın yanında olacağıq”

29 Oktyabr 2012 09:01 (UTC+04:00)
"Türkiyə keçmişdə olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaq".
AzNews.az-un məlumatına görə, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib.

Səfir söyləyib ki, iki ölkə arasında qarşılıqlı əməkdaşlıq və müttəfiqliklə bağlı lazımi siyasi iradə mövcuddur: "Xalqlarımızın tarixi köklərə bağlanan güclü iradəsi var. Mustafa Kamal Atatürkün də söylədiyi kimi, Azərbaycanın kədərində də, xoş günündə də hər zaman yanında olacağıq. Bunu hər kəs bilir və bundan sonra da heç kimin şübhəsi olmasın".

Vasif Həsənli
AzNews.az