Samir Şərifov nöqsanları istisna etmədi

29 Oktyabr 2012 09:07 (UTC+04:00)


Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçilərinə birdəfəlik ödəmələrin verilməsi prosesi sürətlə həyata keçirilir. APA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bəyan edib. "Prosesin belə sürətlə gedəcəyini biz özümüz də gözləmirdik, bu da onun göstəricisidir ki, işlər heç də pis təşkil olunmayıb", - deyə maliyyə naziri bildirib.

Nazir bu prosesdə müəyyən nöqsanların olduğunu da istisna etməyib: "Bu işləri icra edən şəxslər tərəfindən, bank işçiləri tərəfindən problem yaradıla bilər. Amma bunlar cüzi xarakter daşıyır, yəni kütləvi hallardan danışa bilmərik". "Hesab edirəm ki, bu proses uğurla həyata keçirilir", - deyə S.Şərifov bildirib.

Qeyd edək ki, əmanətlərin qaytarılması nəticəsində 2012-ci il iyunun 1-dən oktyabrın 1-dək əmanətçilərə ümumilikdə 349,109 mln. manatdan çox vəsait ödənilib.

AzNews.az