Maşın yolu keçən piyadanı vuraraq öldürdü

15 Noyabr 2015 23:00 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik maşını yolu keçən piyada, rayonun Qaradağlı kənd sakini, 1983-cü il təvəllüdlü Səmədov Vüsal Vaqif oğlunu vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.