Fransadakı dəhşət Türkiyədə də baş verəcəkmiş – Terrorun qarşısı alınıb

16 Noyabr 2015 11:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələrinin terrorun qarşısını vaxtında aldıqları üçün İŞİD İstanbulla bağlı planını həyata keçirə bilməyib.

İŞİD-in rəsmi cəlladı olan "Cihadçı Con"nun köməkçisi də daxil olmaqla təşkilatın beş üzvü cümə günü İstanbulda həbs olunub. Fransanın AFP xəbər agentliyi də xəbəri də təsdiqləyib. Məlumatda bildirilir ki, İŞİD-çilər Parislə eyni gündə İstanbulda da terror törətməyi planlaşdırdıqlarını etiraf ediblər. Keçirilən əməliyyat zamanı onların bu planının qarşısı alınıb.



Qeyd edək ki, Noyabrın 13-də Parisdə 3 terror aktı törədilib. Törədilən terror aktları nəticəsində 132 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

Sevinc