Bakı və Abşeronda aşınmaya məruz qalan ərazilər - SİYAHI

16 Noyabr 2015 11:46 (UTC+04:00)

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, bu proses əyani olaraq Badamdar qəsəbəsi, 9-cu mikrorayon, Bakıxanov, Zığ, Yeni Günəşlidəki yamaclarda baş verir.

Baş geoloq qeyd edib ki, əhəng daşı horizontu bir müddət asılı karniz şəklində qalır və aşınma müəyyən həddə çatdıqda, boşluqlar dərinləşdikdə əhəng daşı horizonta parçalanaraq yamac aşağı sürüşür: "Əhəng daşı blokları yamac istiqamətində irəliləyir və qarşısına çıxan obyektlərə ziyan verir".

APA.az