MTRŞ-dan Xoşqədəmin yeni verilişi ilə bağlı - Açıqlama

16 Noyabr 2015 12:10 (UTC+04:00)

Bu barədə Milli Televiziya və Radio Şurasından (MTRŞ) bildirilib.

""Xoşqədəmlə axtarıram səni" verilişində itkin düşmüş şəxslər axtarılırdısa, "Sən tək deyilsən" verilişində sosial problemlər, ailə-məişət səviyyəsində, gəlin-qaynana, ər-arvad problemləri müzakirə olunurdusa, "Deməsək olmaz" verilişində konkret mövzu qoyulur və o mövzu ətrafında müzakirələr aparılır. Məsələn, onkoloji xəstəliklər müzakirə olunur. Ekspertlər, mütəxəssislər dəvət olunur. Artıq növbəti verilişdə başqa mövzu müzakirəyə çıxarılır. Təbii ki, "Deməsək olmaz" Xoşqədəm Baxşəliyevanın aparıcısı olduğu əvvəlki verilişlərdən fərqlənir" – deyə məlumatda qeyd olunub.

Qeyd olunub ki, MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsi "Deməsək olmaz" verilişində neqativ hal aşkarlamayıb.

APA.az