Parisdəki terroru törədənlərdən biri ələ keçirildi

16 Noyabr 2015 18:10 (UTC+04:00)

Fransanın "RTL" televiziyasının məlumatına görə, Abdeslam Salah 1989-cu ilin sentyabrın 15-də Belçikanın paytaxtında anadan olub. O, Brüsselin Molenbek yaşayış məntəqəsində qeydiyyata alınıb.

Xəbərdə bildirlib ki, polis onu saxlayarkən odlu silahdan istifadə etməyib. Şübhəliyə qarşı gözyaşardıcı qaz və şokyaradıcı qumbara təbiq edilib. Bundan sonra polis onu tutub.

Fransa onun barəsində beynəlxalq axtarış elan etmişdi.

Qeyd edək ki, noyabrın 13-də Parisin 6 nöqtəsində törədilən terror aktı nəticəsində 131 nəfər ölüb, 200 nəfər isə yaralanıb. Yaralılardan 80 nəfərinin vəziyyəti ağırdı.

Report.az