Xaqani Məmmədovun rüşvət qalmaqalı ilə bağlı komissiya yaradıldı

16 Noyabr 2015 18:28 (UTC+04:00)

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, komissiyanın üzvlərinin adları məxfi saxlanılır.

Qeyd edək ki, 2001-ci ildə, avqustun 23-də UEFA Kubokunun "Osiek" (Xorvatiya) və "Dinaburq" (Latviya) arasındakı cavab matçında Asim Xudiyev, Rufulla Kərimov, Ramiz Əsədov və Xaqani Məmmədovdan ibarət azərbaycanlı hakimlər briqadasına oyunun nəticəsini dəyişmək üçün rüşvət təklif edildiyi iddia olunur.