“BakuBus”un avtobusu qəzaya uğradı – 7 yaralı

17 Noyabr 2015 10:48 (UTC+04:00)

Məlumata görə, Salyan şossesidə, 20-ci sahə dairəsi yaxınlığında "BakuBus" MMC-yə məxsus 6 saylı marşrut üzrə hərəkət edən avtobus divara çırpılıb. Qəza nəticəsində 1979-cu il təvəllüdlü Tofiq Əliyev də daxid olmaqla 7 nəfər yüngül xəsarət alıb.

Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb və onlara ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Lent.az