“Delta Telekom”: “Bəzi yerlərdə sürət zəif olacaq”

17 Noyabr 2015 10:58 (UTC+04:00)

"Delta Telekom" şirkətindən AzNews.az-a verilən məlumata görə, problemlə əlaqəli bəzi yerlərdə internetin sürəti zəif olacaq: "Dünən yaranmış problem tam olaraq aradan qaldırılıb. Problem texniki nasazlıq səbəbindən yaranmışdı. Hazırda hər şey qaydasındadır. Azərbaycan ərazisi internetlə tam təmin olunub. Ola bilər ki, müəyyən ərazilərdə sürətlə bağlı problem olsun. Hazırda onlar da bərpa olunur".

Qeyd edək ki, ötən gün saat 16:00 radələrindən axşam saat 22:00-dək ölkə üzrə internetə çıxış mümkün olmayıb. Buna səbəb kimi ölkənin əsas internet ötürücüsü olan "Delta Telekom" MMC-nin (bazarda payı 90%-dir) DATA Mərkəzindəki ana naqildə baş verən yanğın göstərilir.

Sevinc Yasinqızı