Reanimasiyada olan Əməkdar artistdə daha bir xəstəlik aşkarlandı - Foto

17 Noyabr 2015 12:55 (UTC+04:00)

Bu barədə AzNews.az-a aktyorun oğlu Ceyhun Məmmədov məlumat verib. O, bildirib ki, insult keçirən Ə.Məmmədoğlunda müayinə zamanı daha bir xəstəlik də aşkarlanıb: "Onkologiya xəstəxanasına göndərilən analizlərin cavabları dünən açıqlanıb. Məlum olub ki, atamın öd kisəsində problem var. Öd yığılıb, kanallarda tutulma prosesi gedib. Hazırda sistemlər vururlar, görək sonu necə olacaq".

C.Məmmədov onu da əlavə edib ki, aktyor hazırda Binəqədi rayon Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunur.

Qeyd edək ki, noyabrın 12-də aktyorun səhhətində problem yaranıb. O, insult diaqnozu ilə Binəqədi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.



AzNews.az