AZAL-dan xüsusi göstəriş: hava limanlarında təhlükəsizlik gücləndirildi

17 Noyabr 2015 18:15 (UTC+04:00)


Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib. Onun sözlərinə görə, Misirin Sinay yarımadasında Rusiya hava yollarına məxsus Airbus A321 təyyarəsinin partladılmasından sonra AZAL rəhbərliyi Azərbaycan ərazisində fəaliyyət göstərən hava limanlarında təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi barədə göstəriş verib.

Paşa Kəsəmənskinin sözlərinə görə, ölkədəki hava limanlarının təklükəsizlik xidmətlərində çalışanların fəaliyyəti sakit şəkildə müşahidə edilib. Məlum olub ki, aeroportlarda sərnişin təyyarələrində mütəmadi olaraq yoxlamalar aparılır.

Hazırda Azərbaycanda altı böyük hava limanı fəaliyyət göstərir. Bunlar Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala və Qəbələdə fəaliyyət göstərir. Bakı hava limanından hər gün bir milyon insan istifadə edir.

Rusiya aviaşirkətlərinə Azərbaycan da daxil olmaqla, 47 ölkəyə uçuş zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə tövsiyə verilib. Mülki Aviasiya Xidmətindən ("Rosaviasiya") daxil olan siyahıda 47 ölkənin adı yer alır.

Bu ölkələr arasında Azərbaycan da var. Siyahıya Azərbaycanla yanaşı aşağıdakı ölkələr var:

Avstriya
Əlcəzair
Əfqanıstan
Böyük Britaniya
Almaniya
Yunanıstan Misir
ABŞ
Türkiyə
BƏƏ
və s. ölkələr də var.

Xəbərdarlıqda deyilir ki, aviaşirkətlər bu ölkələrə uçuşlar təşkil edərkən yüksək təhlükəsizlik tədbirləri görsünlər. Həmçinin, tövsiyyə olunur ki, mümkün olduqda təyyarələrdə texniki xidmətləri Rusiya aviaşirkətlərinin üzvləri həyata keçirsinlər, həmin ölkələrin aeroportlarında texniki xidmətlərdən istifadəni mümkün qədər məhdudlaşdırsınlar.

Bu xəbərdarlıq Rusiyaya məxsus A 321 təyyyarəsinin Misirdə qəzaya uğraması ilə bağlıdır. Belə ki, bu il oktybarın 31-də Rusiyaya məxsus A 321 təyyarəsi Şarm-əş-Şeyx - Sankt-Peterburq reysini həyata keçirərkən Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 224 sərnişinin hamısı həyatını itirib. Ölənlər arasında 29-nun uşaq olduğu deyilir.

Cari ilin noyabrın 10-da Böyük Britaniyanın Xarici İşlər Nazirliyi vətəndaşları üçün 45 təhlükəli ölkələrin siyahını dərc edib. Siyahıda Azərbaycanın da adı var.

Anspress.az