İlham Əliyev Latviya Prezidentini təbrik etdi

17 Noyabr 2015 19:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

"Latviya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Latviya arasındakı ənənəvi dostluq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Latviya xalqına daim sülh və rifah diləyirəm".

Dövlətimizin başçısı Oman Sultanı Qabus bin Səidi də təbrik edib.

Məktubda qeyd olunur: "Ölkənizin milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim əmin-amanlıq və rifah diləyirəm".