Peterburqdakı baş konsul iş adamının qətlindən danışdı

29 Oktyabr 2012 10:10 (UTC+04:00)


Son zamanlar Rusiyada Azərbaycanlı iş adamlarına qarşı törədilən cinayətlərin artması təbii ki, ölkəmizdə narahatlıq yaradır. Məsələnin ən acınacaqlı tərəfi isə, törədilən cinayətlərin 95 faizinin açılmamasıdır. Heç şübhəsiz cinayətlərin üstünün açılmaması polisin bu işlərə maraq göstərməməsi ilə izah edilir.

Məsələ ilə bağlı Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanovla əlaqə saxladıq. Cənab Osmanov bildirdi ki, o, hazırda Moskvadadır və mühüm iş dalınca ora yollanıb. O, ki, qaldı cinayətlərin açılmamasına, Osmanov qeyd etdi ki, məsələnin kökü kifayət qədər dərindir: "Burada təkcə Azərbaycanlılara qarşı törədilən cinayətlərdən də getmir.

Onu da bilmək lazımdır ki, bu cinayətlər sırf milli zəmində baş vermir. Mən hazırda Moskvadayam bu haqda daha sonra geniş danışarıq".

Sadiq Musa
AzNews.az