Rusiya təyyarəsinin qəza səbəbi - Naməlum çamadan

17 Noyabr 2015 20:17 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadla xəbər verir ki, Misirin güc strukturlarının məlumatına əsasən, baqajı skanerdən keçirən aparat bir neçə dəqiqə nəzarətsiz qalıb. Video kameralarda baqaj xəttinə nəzarət edən operatorun fəhləyə naməlum çamadan verdiyi qeydə alınıb.

Şarm-əl-Şeyx aeroportundakı mənbələr təhlükəsizlik xidmətinin Rusiya təyyarəsinə baqaj yüklənən zaman skaneri nəzarətsiz qoyan iki nəfəri axtarışa verdiyini bildirib. Onların sözlərinə görə, hava limanı əməkdaşlarının hamısı dindirilsə də, hələlik heç kim həbs olunmayıb.