Aygün Kazımova səhnədə toyuq əti yedi – FOTOSESSİYA

29 Oktyabr 2012 10:24 (UTC+04:00)
Xalq artisti Aygün Kazımova açıq havada paytaxt sakinlərinə möhtəşəm şou nümayiş etdirib. AzNews.az-ın məlumatına görə, Xalq artistinin çıxışı Bakıda baş tutan dünyanın ən böyük KFC-nin açılışına qatılmasıyla və əsas qonaq qismində iştirak etməsiylə bağlı olub.

Tanınmış teleaparıcı Nəsib Nurun təqdimatında konsert proqramında A.Kazımova repertuarında yer alan sevilən mahnılarıyla gəncləri coşdurub. Müğənni səhnədə olarkən maraqlı jesti ilə diqqət çəkib. Belə ki, qızardılmış toyuq ətini DJ-yə yedizdirdikdən sonra özü də dadıb.

Qeyd edək ki, konsert proqramında "Natiq" ritm qrupu və rep ifaçısı DADO çıxış ediblər. Həmçinin, "freestyle" idmançıların şousu izləyənlərin böyük marağına səbəb olub.

Fuad Mədətov
AzNews.az