RYTN-də “böyük təmizləmə”: sayları 10-u keçdi - ADLAR

18 Noyabr 2015 12:19 (UTC+04:00)

Həmin şəxslərin dəqiq adlarını və bir zamanlar tutduqları vəzifələri təqdim edir:

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov

"Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədov

MMC-nin baş mühasibi Oktay Rüstəmov

"Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev

"AzİnTelekom" MMC-nin baş direktoru Cəlil Cəfərov

"Bakı Telefon Rabitəsi" İB-nin Nizami telefon qovşağının rəisi Fətullah Seyidov

"Bakı Telefon Rabitəsi" İB-nin Nizami telefon qovşağının baş mühasibi Rəşad Məmmədov

"Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin direktoru Namazalı Məmmədov

"Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin baş mühasibi Səhrab Hümbətov

"Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin direktoru Bayram Vəliyev

"3 nömrəli Rabitə Təmir Tikinti", "Rabitə Mülki Tikinti" MMC-lərinin direktoru Emin Məmmədov

Birliyin baş mühasibi Anar Mustafayev

Baş Prokurorluqdan verilən məlumata görə, hətta RYTN-də 95 milyon manat vəsait mənimsənilib və nazirliyin struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.

Trend.az