Azərbaycan Rusiya təyyarəsini hava məkanına buraxmadı - AUDİO

18 Noyabr 2015 12:23 (UTC+04:00)

Bu barədə məlumat aviasiya bloqu mil_avia-da yerləşdirilib.

Bloqun dərc etdiyi materiala təyyarənin pilotunun Gümrü aeroportunun dispetçeri ilə radio-danışığı da audio formasında əlavə edilib.



Məlumata görə, pilot "Azərbaycanın hərbi sektoru zonaya daxil olmağı qadağan etdiyi üçün" havaya qalxdığı aerodroma qayıtmaq məcburiyyətində olduğunu söyləyib.

Xatırladaq ki, Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşir, onun maddi-texniki təminatı isə əsasən hava yolu ilə təmin edilir.

Azvision.az