Sədr müavinliyindən qovulan KXCP-çi: “Partiyadan ayrılmayacam”

18 Noyabr 2015 14:01 (UTC+04:00)

Bunu AzNews.az–a açıqlamasında KXCP-nin sabiq sədr müavini Oqtay Gülalıyev deyib. O, bundan sonra fəaliyyətini KXCP-da sıravi üzv kimi davam etdirəcəyini qeyd edib: "Mən 26 ildir ki, çəbhəçiyəm. Vəzifələr gəldi gedərdi. Heç vaxt partiyanın sədr müavini, idarə heyətinin üzvü olmaq kimi bir iddiam olmayıb".

O.Gülalıyev onu da əlavə edib ki, bundan sonra partiyanın güclənməsi üçün əlindən gələn dəstəyi əsirgəməyəcək.

Qeyd edək ki, O.Gülalıyev KXCP-nin sədr müavini vəzifəsindən kənarlaşdırılıb. Buna səbəb isə onun Milli Şurada təmsil olunmasıdır.

Bahar RÜSTƏMLİ
AzNews.az