Vitse-spiker Rəsul Quliyevlə Putinin görüşündən danışdı

29 Oktyabr 2012 12:08 (UTC+04:00)
Milli Məclisin sədr müavini Bahar Muradova Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, Milli Məclisin sabiq sədri Rəsul Quliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəməsi barədə mediada yayılan məlumatlara münasibət bildirib.

Vitse-spiker B.Muradova AzNews.az-a açıqlamasında deyib: "Heç bir sosial bazası olmayan, Azərbaycanda ictimai-siyasi proseslərə təsir göstərmək və seçki prosesinə qatılmaq imkanından məhrum olan bir şəxsin bu kimi bəyanatlarına münasibət bildirmək istəmirəm".

Vasif Həsənli
AzNews.az