Mahmudovun keçmiş həyat yoldaşını Çovdarov öldürüb – Tükürpədən iddia
18 Noyabr 2015 14:41 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə moderator.az saytı məlumat yayıb. Saytın yazdığına görə, iddiaları jurnalist Eynulla Fətullayev öz "Facebook" hesabında yazıb. Jurnalistin yazdığına görə, Eldar Mahmudovun keçmiş həyat yoldaşını Akif Çovdarov qətlə yetirib: "Təxminən 2006-cı ildə mən bu cütlüyün daha bir cinayətinin izinə düşdüm. Söhbət Eldar Mahmudovun ilk həyat yoldaşı, milliyətcə ləzgi olan Yana Mahmudovanın qətlindən gedir. Yeri gəlmişkən, 1993-cü ildən onu heç kim axtarmır və Daxili İşlər Nazirliyində itkin düşmüş şəxslərin siyahısındadır. Amma, dəqiq məlumat əldə etmişdim ki, Yana Mahmudova Akif Çovdarov tərəfindən qətlə yetirilib. Hüquq-mühafizə orqanlarındaki mənbələrim 2006-cı ildə bu məlumatı təsdiq etmişdi".