Könüllü təslim olan erməni hərbçisi geri qaytarıldı

18 Noyabr 2015 14:59 (UTC+04:00)

BQXK-dan AzNews.az-a verilən məlumata görə, təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlıgında baş verib.

BQXK, saxlandığı dövr ərzində bu şəxsə mütəmadi olaraq baş çəkərək onun saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirib və ailəsi ilə əlaqə yaradılmasında yardımçı olub.

Azərbaycan tərəfinin qərarından sonra BQXK, neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq və bütün tərəflərlə əməkdaşlıq şəraitində bu qaytarılmanın həyata keçirilməsinə yardımçı olub. Əməliyyatdan əvvəl BQXK-nın nümayəndələri bu hərbi əsirə baş çəkərkən o, geri dönmək arzusunu bildirib.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən etibarən bu regionda fəaliyyət göstərir.