“Vurulan” deputat Mahmudovla yaxınlığını niyə gizlətdi?

18 Noyabr 2015 15:10 (UTC+04:00)

Onlardan biri də iki çağırış Milli Məclisin deputatı seçilən "Azəriqazbank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayevdir.

AzNews.az-a açıqlamasında hadisəyə qiymət verən Ç.Əsədullayev "Mənim Eldar Mahmudovla heç bir bağlantım yoxdur. Onunla nə işim ola bilər ki? O nazirdir, mənsə bankir və millət vəkili... Adımın onunla birlikdə hallanması o demək deyil ki, bu, həqiqətdir" - desə də, Virtualaz.org saytına əks fikirlər söyləyib.


Bankir E.Mahmudovla dostluq münasibətində olduğunu etiraf edib: "Mən Eldar Mahmudovun qohumu deyiləm. Hərçənd Eldar Mahmudovun bacısı Elmira xanımla - Milli Qəhrəman Riyad Əhmədovun həyat yoldaşı ilə yaxın dostuq. Eldar Mahmudovun həyat yoldaşı Tahirə xanımla isə bir sinifdə oxumuşuq. Biz Eldar Mahmudovla dost olmuşuq. Amma üzr istəyirəm, ölkənin yarısı onunla salamlaşmağı özünə şərəf bilirdi. Bu adam dövlətin düşməni deyildi, sadəcə olaraq milli təhlükəsizlik naziri postunu tuturdu.

Milli təhlükəsizlik naziri ilə dostluq etmək nə vaxtdan bəri kompromat və ya ayıb iş sayılır? Onunla ünsiyyətimiz olubsa da, bu, hər hansı təxribatçı və ya casusla yox, İlham Əliyev hökumətinin aparıcı nazirlərindən biri ilə ünsiyyət olub. Burada məntiq hanı? Bu nazirlikdə belə qanun pozuntularının baş verməsi o zaman kimin ağlına gələ bilərdi? Bu haqda kim danışırdı? Bunu kim mühakimə edib pisləyirdi? Bütün ölkə onunla ünsiyyətə girir, danışırdı. İndi belə çıxır ki, həmin adamların hamısını prezidentin və hökumətin düşmənləri siyahısına salmaq lazımdır?"


Görəsən, sabiq nazirlə dostluğunu əvvəlcə gizlətməyə çalışan Ç.Əsədullayev sonradan niyə bunu etiraf edib?

Məlumat üçün bildirək ki, Ç.Əsədullayev V çağırış Milli Məclisə seçkilərdə 90 saylı Ağdaş Seçki Dairəsindən namizədliyini irəli sürmüşdü və qalib olmuşdu. Lakin MSK dünən həmin dairənin nəticələrini ləğv edib.