Əfqan Rəsulovun cəsədi yenidən tibbi ekspertizadan keçirildi

29 Oktyabr 2012 12:11 (UTC+04:00)


"Kiş-Miş" restoranlar şəbəkəsinin sahibi mərhum Əfqan Rəsulovun cəsədi üzərində tibbi ekspertiza keçirilib. AzNews.az-a daxil olan məlumata görə, ilk ekspertiza Peterburq şəhərində ikincisi isə Naxçıvanda baş tutub.

Ekspertizanın nəticəsi ilə bağlı isə hələ ki, hər hansı məlumat verilmir. Nəzərinizə çatdıraq ki, mərhumun qardaşı Akif Rəsulov narkotik maddə saxlama iddiası ilə Sankt-Pterburqda 2 ay azadlıqdan məhrum edilib.

Sadiq Musa
AzNews.az