İlk İMG Turnirində Garcia və Aguilar-ın zəfəri

18 Noyabr 2015 19:37 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onlar Dreamland Qolf Klub tarixində 2015-ci ilin ilk qalibləri kimi tarixə adlarını yazıblar.

Grant Gilmour və Bruce Ferguson cütlüyü İMG kuboku uğrunda gedən yarışı ikinci yerdə başa vurublar, onların 46 balı qalibiyyətə uyğun olsa da, "geriyə 9" yoxlamasından yoxlamadan sonra onlar yalnız 2 balla qalib olmaq şansını əldən veriblər

Qızğın mübarizənin getdiyi qolf klub üzvü olmayan şəxslər üçün əlavə yarışda günün ən yaxşıları olan Bob Fu və Gavin Mackenzie 51 bal toplamaqla oyunu birinci yerdə tamamlayıblar. Yarış zamanı Bob 10-cu dəlikdəki mükəmməl birdie və 5-ci və 18-ci dəliklərdəki birdie-lərdən ibarət 3 fərqli səbəblə topu dəliyə salmağa müvəffəq olub.

İkinci yeri isə 49 bal toplamış David Lawson və John Quinn cütlüyü qazanıb.

Dreamland Qolf Klubun PGA üzrə baş mütəxəssisi olan Michael Sweenie oyunçulara öz məsləhətlərini verdi, 11-ci dəlikdə peşəkar dərs keçməklə par 3 dəliyini də təcrübədən keçirib. Michael hər bir komanda üçün bir atış həyata keçirdi. Michael Sweeni-yə qalib gələ biləcək şəxs isə Qolf Akademiyasında qolf dərsi almaq şansı qazanıb. Bu, Mik Trilolo olub.

Yarış zamanı oyunçular müxtəlif bacarıqlara əsaslanan əyləncə xarakterli kateqoriyalarda da iştirak ediblər.

4-cü dəliklərdə bayrağa ən yaxın mövqe, John Keay tərəfindən qazanıldı
7-ci dəlikdə bayrağa ən yaxın mövqe, John Savage tərəfindən qazanıldı
3-cü dəlikdə ən uzun drayv, Rachel Harrison tərəfindən qazanıldı
16-cı dəlikdə ən uzun drayv, Adam MacDonald tərəfindən qazanıldı