Kəmaləddin Heydərov Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşdü

18 Noyabr 2015 19:49 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, qonağı səmimiyyətlə salamlayan K.Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, bu sahədə dost və qardaş Türkiyənin müvafiq qurumları ilə əməkdaşlıqdan bəhs edib.

Ordu generalı S.Z.Çolak səmimi görüşə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi Türkiyə Quru Qoşunlarının aidiyyəti qurumlarının Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaq nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalının fəaliyyəti ilə tanış olub.