Nigeriyada iki partlayış - 50 ölü

18 Noyabr 2015 20:41 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ölkənin şimal-şərqində yerləşən Kano şəhərində baş vermiş iki partlayış nəticəsində azı 50 nəfər ölüb.

İlkin məlumata əsasən, iki nəfər qız terrorçu-kamikadze üzərilərindəki partlayıcı qurğunu bazarda işə salıblar.