“Öyle bir geçer zaman ki” serialının qəhrəmanı Bakıdan təsirlənib – FOTOSESSİYA

29 Oktyabr 2012 12:16 (UTC+04:00)


Türkiyənin ən çox izlənilən "Öyle bir geçer zaman ki" serialının qəhrəmanlarından biri Karolini, alman aktrisa Vilma Elles Bakıya səfəri haqqında danışıb. Aktrisa AzNews.az-a açıqlamsında Azərbaycana ilk dəfə gəldiyini söyləyib: "Bakı inanılmaz şəhərdir. Moderndir və hər şey yenidir. Çox təsirləndim. Bakıya gəlişimin səbəbi "Formula 1"-i izləmək və teleaparıcı Nanə xanımın verilişdə qonaq olmaqdır. Nanə xanım mükəmməl bir qadındır".

V.Elles aktrisalıq fəaliyyətiylə yanaşı, model fəaliyyətiylə məşğul olduğunu deyib. O, Türkiyədə bir neçə dəfə podiuma çıxdığını qeyd edib:

"Türkiyədəki işlərim çox yaxşıdır. Dəfələrlə olur ki, məni də dəvət edirlər. Hazırda "Öyle bir geçer zaman ki" serialının 3-cü mövsüm çəkilişləri davam edir. Bildiyiniz kimi, həmin serialda Karolin obrazını canlandırıram. Karolini çox sevirəm".

Fuad Mədətov
AzNews.az