Əsədin əsgərləri Türkiyəyə sığındı
29 Oktyabr 2012 12:40 (UTC+04:00)
Suriya müxalifəti ilə qızğın döyüşlərdə məğlub olma həddinə çatan hökumət qüvvələrinin 40 əsgəri Türkiyəyə sığınıb. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hökumət qüvvələrinin əsgərləri çarəsizlikdən Hatay keçidindən Türkiyəyə keçiblər.
Onların arasında yüksək rütbəli zabitlərin də olduğu bildirilir. Suriyalı əsgərlərin jandarmada saxlanıldığı da gələn xəbərlər arasındadır. Digər Suriya əsgərlərinin də sərhədi keçə biləcəyi ehtimalını nəzərə alaraq buraxılış məntəqələrində nəzarət gücləndirilib.
Sadiq Musa
AzNews.az