Ceyhun Hacıbəylinin 125 illik yubileyi keçiriləcək

19 Noyabr 2015 18:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev Ceyhun Hacıbəylinin milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm xidmətlərini nəzərə alaraq 125 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.