Məhkum uşaqlar Milli Məclisin müzakirəsində

29 Oktyabr 2012 12:56 (UTC+04:00)
Noyabrın 20-də Milli Məclisdə "Yuvenal ədliyyə" haqqında qanun layihəsinin müzakirəsinə həsr edilən konfrans keçiriləcək.

Bu barədə məlumatı AzNews.az-a qanun layihəsini hazırlayan işçi qrupunun üzvü, Uşaq Hüquqları üzrə QHT Alyansının idarə heyətinin sədri Nazir Quliyev verib.

N.Quliyevin sözlərinə görə, konfransda qanun layihəsinin müəllifləri ilə yanaşı, beynəlxalq təşkilatların, o cümlədən UNİSEF-in təmsilçiləri iştirak edəcək. Qanun layihəsinin qəbuluna gəlincə isə, N.Quliyev 2012-ci ildə bunun mümkün olmadığını bildirib.

Elnarə Əlosmanqızı
AzNews.az