“Azərbaycanın erməni əsgəri qaytarmasını alqışlayırıq“- Uorlik

19 Noyabr 2015 20:05 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "twitter" səhifəsində yazıb.

Xatırladaq ki, 22 mart 2015-ci il tarixdə təmas xəttini keçərək Azərbaycan hərbçilərinə könüllü təslim olan erməni əsgər Andranik Araratoviç Qriqoryan noyabrın 18-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında geri qaytarılıb.