Müdafiə naziri: “Biz ABŞ-la hərbi əməkdaşlıqda maraqlıyıq”

29 Oktyabr 2012 13:00 (UTC+04:00)
Ermənistanın Müdafiə naziri Seyran Ohanyan ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri Rey Mabusla görüşüb. AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, tərəflər İrəvanda keçirdikləri birgə mətbuat konfransında iki ölkə arasındakı hərbi əməkdaşlığa toxunublar.

Ohanyan bildirib ki, Ermənistanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq yüksək səviyyədədir. O, həmçinin əlavə edib ki, rəsmi İrəvan hərbi əməkdaşlığın inkişafında maraqlıdır. "2011-2012-ci illər hərbi əməkdaşlıq baxımından daha uğurlu oldu. Buna səbəb hər iki ölkənin hərbi rəhbərlikləri arasında görüşlərin mütəmadi keçirilməsidir".

Mabus isə öz növbəsində 200 erməni hərbiçinin Almaniya və Rumıniyada birgə təlimlərdə iştirak etdiyini vurğulayıb və regional təhlükəsizlik məsələlərinə toxunub.

Sadiq Musa
AzNews.az