Sarkisyan Qarabağda - FOTO

19 Noyabr 2015 23:33 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Sarkisyan Ermənistan müdafiə naziri Seyran Ohanyanla birlikdə Qarabağda qoşunların müdafiə mövqelərində olub.

Onlar burada qulluq edən əsgərlərin döyüş hazırlığını yoxlayıblar.

Serj Sarkisyan Dağlıq Qarabağa sentyabr ayında da səfər etmişdi. Ermənistan prezidenti sentyabrın 1-2-də qondarma respublikanın elan edilməsinin 24-cü ildönümünə həsr edilən tədbirlərə qatılmışdı.

Ermənistan ordusu hər dəfə cəbhə xəttində təxribat xarakterli təlimlər keçirirlər. Lakin Azərbaycan Silahlı Qüvvələri emənilərin təxribatının cavabını layiqincə verir. Ötən ilin noyabrın 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələrinə atəş dəstəyi verən Mi-24 döyüş helikopteri cəbhə xəttində ordumuzun mövqelərinə hücum etməyə çalışarkən məhv edilmişdi.

Müdafiə naziri Zakir Həsənov da Ermənistana dəfələrlə xəbərdarlıq edib. "Düşmənlərimiz artıq vahimə içindədir, qorxurlar. Biz bu işi davam etdirəcəyik. Biz düşməni məhv edərək onu mütləq torpaqlarımızdan qovacaq və yaxın müddətdə ərazilərimizi işğaldan azad edəcəyik".