Gülər Əhmədova YAP-ın tədbirinə dəvət olunmadı

29 Oktyabr 2012 13:12 (UTC+04:00)
AzNews.az-ın məlumtına görə, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20 illiyi münasibətilə YAP Qadınlar Şurası tərəfindən "YAP dünənin, bu günün və sabahın partiyasıdır" adlı konfrans keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, YAP-ın sədr müavini Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, Ailə Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova, YAP Qadınlar Şurasının sədri Nurlanə Əliyeva və digər şəxslər iştirak ediblər.

Tədbirdə YAP Qadınlar Siyasi Şurasının üzvü, sabiq deputat Gülər Əhmədova isə iştirak etməyib. Konfransda çıxış edən Hicran Hüseynova bildirib ki, YAP-a üzv olanların bəziləri şəxsi mənafeləri üçün bu quruma qoşulur.

Vasif Həsənli
AzNews.az