Nazirlikdən Dostəliyevanın ittihamlarına – Cavab

20 Noyabr 2015 14:14 (UTC+04:00)

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şixəmmədov AzNews.az-a açıqlamasında televiziyaların müstəqil fəaliyyət göstərdiyini bildirib: "TV-lər proqram tərtibatı və strategiyalarının müəyyənləşdirilməsində sərbəstdirlər. Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanda hər hansı bir televiziyaya bu və ya digər formada müdaxilə etməsi müvafiq qanunvericiliyə zidd addım ola bilər".

Qeyd edək ki, Xalq artisti bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətini ittiham etib. Sənətkar onun efirə qadağası ilə bağlı hər iki quruma minlərlə məktub ünvanlandığını, amma heç birinə cavab verilmədiyini vurğulayıb.

Onu da bildirək ki, N.Dostəliyeva bir müddət əvvəl ANS-dən başqa bütün TV-lərin ona qadağa qoyduğunu bildirmişdi.

Bahar RÜSTƏMLİ
AzNews.az