Aytacın qatilinə ən ağır cəza verildi

20 Noyabr 2015 15:24 (UTC+04:00)

Məlumata görə, zərərçəkmiş şəxsin nümayəndəsi Xədicə Şirinova təqsirləndirilən sanksiya üzrə ən ağır cəzaya məhkum edilməsini məhkəmədən xahiş edib.

İzzət Hüseynovun vəkili çıxış edərək, müdafiə etdiyi şəxsin ilk cinayət hadisəsini törətdiyini və törətdiyi əməli səmimi etiraf etdiyi üçün nisbətən yüngül cəza verməyini məhkəmədən xahiş edib.

İzzət Hüseynov məhkəmədə son söz deyib. O, elədiyi əməldən peşman olduğunu bildirib: "Hər gün onu düşünürəm, mən də istəməzdim belə olsun. Mən də hər gün ölürəm. Əzab içində yaşayıram".

Məhkəmə hökm qəbul edib. İzzət Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, ötən proses prokuror çıxış edərək məhkəmədən İ. Hüseynovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Xatırladaq ki, qətl hadisə bu il fevral ayında Bəhruz Nuriyev küçəsi-81 ünvanında baş verib. Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib.

İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. Aytac Babayeva isə Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.

Lent.az